Verilənlərin ötürülməsi sürətində rekord Avqust 05, 2014 | 10:20 / Texnoloji yeniliklər

Danimarka Texniki Universitetinin alimləri bir lazer ötürücüsünün köməyilə verilənlərin optik lif vasitəsilə ötürülməsi sürəti üzrə dünya rekorduna yeni imza atıblar. Bunun üçün tədqiqatçılar Yaponiyanın telekommunikasiya nəhəngi NTT tərəfindən istehsal olunmuş yeni optik lifdən istifadə ediblər. 

Sınaqlar zamanı verilənlərin saniyədə 43 terabit (5,4 Tbayt/s) sürətlə ötürülməsinə nail olunub. Bu göstərici 2011-ci ildə Karlsrue Texnoloji Universitetinin laboratoriyasında əldə olunmuş rekordu ötüb. Həmin vaxt alimlər verilənlərin saniyədə 26 terabit sürətlə ötürülməsinə müvəffəq olmuşdular. 

newsru.com saytının məlumatına görə, Danimarka mütəxəssislərinin əldə etdiyi bu sürət 1 giqabayt həcmində olan faylın təxminən 0,2 millisaniyəyə surətini çıxarmağa imkan verir. 1 terabayt həcmində olan informasiyanın surətinin çıxarılmasına isə 0,18 saniyə sərf olunur. 

Qeyd edək ki, hazırda tətbiq olunan optik kabellər verilənlərin saniyədə 100 Gbit sürətlə ötürülməsini təmin edir, saniyədə 1 Tbit yeni sürət standartı isə 2017-ci ildən tez təsdiq olunmayacaq. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı