Maye robot yaradılıb Oktyabr 31, 2018 | 02:29 / Texnoloji yeniliklər

Çin və Avstraliya alimlər qrupu dar yerlərdə hərəkət edən və formasını dəyişən maye robot yaradıb.

vesti.ru saytının məlumatında bildirilir ki, videoda ilk eksperimental modeli əks olunan maye robot litium batareya ilə işləyir və ovuca yerləşir. İxtira plastik təkər və maye qallium akkumulyatordan ibarətdir. Robotun təkəri maye ağırlıq mərkəzini dəyişən zaman fırlanmağa başlayır. Gərginlik isə quraşdırılmış batareya vasitəsilə ona ötürülür.

Alimlərin sözlərinə görə, miniatür robotlar orqanizm daxilində xərçəng şişlərini aşkarlaya və müalicə edə, eləcə də onlara dərmanları çatdıra bilirlər.

Tədqiqatçılar ümid edirlər ki, gələcəkdə bu kimi robotlar insanları uçqunlar altından xilas edə biləcəklər. Çünki qurğuların maye konstruksiyası onlara əlçatmaz yerlərə daxil olmağa imkan verir.

Maye robot prototipinin əsasını təşkil edən qallium elektron sxem və yarımkeçiricilərdə istifadə edilən yumşaq gümüşü materialdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı