“Ağıllı” kontakt linzalar – şəxsiyyətin identifikasiyası vasitəsi kimi Avqust 01, 2014 | 12:30 / Texnoloji yeniliklər

“Google” şirkəti “ağıllı” kontakt linzaların inkişafı üzərində səylərini davam etdirir. newsru.com saytının məlumtına görə, şirkət iki patenti rəsmiləşdirib – burada xüsusi datçiklərlə təchiz olunmuş kontakt linzaların şəxsiyyətin identifikasiyası vasitəsi qismində tətbiqi təsvir edilib. Bunun üçün hər bir insan üçün unikal olan gözün qüzehli qişasının xüsusi əlamətlərindən istifadə ediləcək. 

Sənədlərdə təsvir edilmiş qüzehli qişanın əlamətlərinin yaradılması prosesi 3 mərhələdən ibarət olacaq. İlkin mərhələdə işıq gözün qüzehli qişasına daxil olur, sonra kontakt linzanın səthi və ya daxilində yerləşdirilmiş işığa həssas sensorlar müəyyən şablonlu təsvir yaratmaqla əks olunan işığı qeyd edirlər. Üçüncü mərhələdə əldə olunmuş şablona əsaslanan identifikatorun verilməsi baş verir. Bu, identifikasiyanın sonrakı prosedurlarını asanlaşdırmalıdır. 

Bildirilənə görə, bu cür linzalarda həcmli sensorlardan istifadə yalnız əsl gözdə identifikasiya aparmağa imkan verəcək, onun şüşədən olan surəti isə yoxlanışdan keçməyəcək. 

Kontakt linzalar həmçinin identifikasiyanın yaxşılaşdırılması üçün digər biometrik informasiyanı da toplaya bilər. Bu, gözün ifraz etdiyi mayenin həcmi, qırpmanın tezliyi və digər məlumatlar ola bilər. Ehtimala görə, bu sistem smartfonların blokdan çıxarılması üçün məişətdə deyil, şəxsiyyətin təhlükəsizliyi və həqiqiliyinin vacib rol oynadığı sahələrdə tətbiq olunacaq. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı