Dünyada 1,5 milyard kompüter “Windows” sisteminin idarəetməsi altında işləyir Oktyabr 30, 2018 | 04:53 / Maraqlı məlumatlar

“Microsoft” korporasiyasının məlumatına görə, dünyada 1,5 milyard kompüter “Windows” sisteminin idarəetməsi altında işləyir.
 
life.ru saytında bildirilir ki, bu, “iOS” sistemli qurğulardan (1,3 milyard “iPhone”, “iPad” və “iPod”) çox, lakin “Android” sistemi ilə işləyən cihazlardan (təxminən 2 milyard) azdır. Dünyada mövcud olan fərdi kompüterlərin 76%-i “Windows 10” aktual əməliyyat sistemini dəstəkləyir, digərləri sistem tələblərinə cavab vermir. Dünyada təxminən 700 milyon istifadəçi “Windows 10” sistemindən istifadə edir.

Həmçinin “Microsoft”un nümayəndəsi qeyd edib ki, süni intellektin öyrənilməsinə 47 ölkədə 137 qrant ayrılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı