Yeni fabrikdə robotlar istehsal edən robotlar işləyəcək Oktyabr 29, 2018 | 09:44 / Maraqlı məlumatlar

İsveçrənin “ABB” şirkəti Çində robotların analoqu olmayan robotlar istehsal edəcəyi fabrik yaradacaq. Müəssisədə ən qabaqcıl texnoloji yeniliklərdən istifadə ediləcək. Layihənin reallaşdırılması üçün lazımi məbləğ təxminən 150 milyon dollar təşkil edir. Fabrik süni intellektə əsaslanan robot texnikası ilə təchiz ediləcək. Süni intellekt tədqiqat mərkəzi fabrikin yaxınlığında yerləşdiriləcək.

vladtime.ru saytının məlumatına görə, fabrikin robotlarının yeganə işi, əsasən, çinli sifarişçilər üçün nəzərdə tutulmuş yeni robotların yaradılması olacaq. Onların arasında müxtəlif elektronika və avtomobillərin istehsalçıları da olacaq. Çinli sifarişçilərə yönümlülük şirkətin ABŞ-dan sonra ikinci ən böyük bazarının bu ölkədə yerləşməsi ilə bağlıdır. Fabrikin 2020-ci ildə Şanxayda yaradılması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı