Kiçik dronlar irihəcmli yükləri daşıyacaq Oktyabr 26, 2018 | 05:02 / Texnoloji yeniliklər

Mühəndislər qrupu öz çəkisindən 40 dəfə çox ağırlığa malik yük qaldıran kiçik dronlar yaradıb.

naukatv.ru saytının məlumatında bildirilir ki, layihə ABŞ-ın Stenford Universitetinin Mühəndis Məktəbi və İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin əməkdaşları tərəfindən hazırlanıb. “FlyCroTugs” adlanan dronlar elə modifikasiya edilib ki, kərtənkələ pəncəsini xatırladan yapışan səth onlara istənilən səthə yapışmağa imkan verir. Pilotsuz uçan aparatlar, həmçinin ağırlıq qaldıran mexanizm və buraz vasitəsilə onların çəkisini 40 dəfə üstələyən obyektləri tuta və daşıya bilir.

Tədqiqatçıların sözlərinə görə, sürətli, kiçik və iri yükləri daşıya bilən hava nəqliyyatının yaradılması zamanı onlar təbiətdən ilhamlanaraq arıların quruluşundan nümunə kimi istifadə ediblər.

Alimlər bildiriblər ki, “FlyCroTugs” dronlarının kiçikölçülü olması onlara qapalı yerlərdə hərəkət etməyə və insanlara yaxın məsafədə uçmağa imkan verir ki, bu da onları axtarış və xilasetmə əməliyyatları üçün faydalı edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı