İnsanın yatma vəziyyətinə uyğunlaşan “ağıllı” yastıq təqdim olunub Oktyabr 22, 2018 | 12:17 / Texnoloji yeniliklər

“Podoon” adlı “ağıllı” yastıq insanın rahat yatması üçün onun yatma vəziyyətinə avtomatik uyğunlaşa bilir.

hi-tech.mail.ru saytının məlumatına görə, “Podoon” yastığı başı deyil, məhz boyunu dəstəkləyən anatomik formaya malikdir. Yastıq əlavə rahatlıq üçün insanın yatma vəziyyətinə uyğunlaşır, insan kürəyi və ya yanı üstə yatdıqda qurğunun aşağı hissəsi bir qədər qaldırılır və ya aşağı salınır. Təzyiq sensorlarından istifadə edilməsi nəticəsində “ağıllı” yastıq insanın yatma vəziyyətini dəyişməsindən xəbər tutur və yastığın lazımi hissəsini bir qədər qaldıran xüsusi kameranı hava ilə doldurur.

Yastığın daxilinə 7 gün avtonom işləməyə imkan verən 2500 milliamper/saat tutumunda akkumulyator quraşdırılıb və onun enerji ilə doldurulmasına təxminən 4 saat vaxt sərf edilir.

Belə yastığın qiyməti ilkin sifariş üzrə 99 dollar təşkil edir. İlk partiya 2019-cu ilin fevral ayında satışa çıxarılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı