Robota otağı qaydaya salmağı öyrədiblər Oktyabr 24, 2018 | 03:47 / Maraqlı məlumatlar

Yaponiyanın “Preferred Networks” şirkəti təmizləmə prosesini tamamilə avtomatlaşdıran robotları idarə edən sistem hazırlayıb. Sistem səsin tanınması texnologiyası, həmçinin qurğuya əşyaları təhlil etməyə, onları yerinə qoymağa kömək edən kompüter görmə texnologiyalarından ibarətdir.

nanonewsnet.ru saytının məlumatına görə, robotun aparat hissəsi “Preferred Networks” mütəxəssisləri tərəfindən hazırlanmayıb, “Toyota” şirkətinin istehsalı olan və fiziki imkanları məhdud insanlara kömək üçün tətbiq edilən “Human Support Robot”dan istifadə edilib, istehsalçılar proqram təminatı üzərində işləyiblər. Kompüter görmə sisteminin əsasını təxminən 2 milyon şəkil üzərində öyrədilən, dəqiq işləyən neyron şəbəkə təşkil edir. Bunun sayəsində sistem əşyaları tanıyır, bundan sonra robot onları müəyyənləşdirə, konkret əşyanı necə qaldırmağı və onu haraya aparmağı təyin edə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı