“Təhlükəsiz bulud infrastrukturu” mövzusunda tədbir keçiriləcək Oktyabr 24, 2018 | 01:27 / Konfranslar, iclaslar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Microsoft” və “Trend Micro” şirkətləri ilə birgə “Təhlükəsiz bulud infrastrukturu” mövzusunda konfrans keçirəcək. Tədbir “İnnovasiyalar həftəsi” çərçivəsində 30 oktyabrda Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Nazirlikdən verilən məlumata görə, konfransda “AzInTelecom” ilə “Microsoft”un tərəfdaşlığı çərçivəsində müştərilərə təklif edilən xidmətlər (MS Windows Server 2016, Office 365) barədə məlumat veriləcək. Eyni zamanda, kibertəhlükəsizliyin təmin edilməsində lisenziyalı proqram təminatından istifadənin əhəmiyyəti və bu lisenziyaların bulud üzərindən əldə olunacağı təqdirdə müştərilərə verə biləcəyi texniki və maddi üstünlüklər diqqətə çatdırılacaq.

Tədbirdə həmçinin “Azintelecom” və “TrendMicro” şirkətinin tərəfdaşlığı çərçivəsində təklif olunan xidmətlərin Data Mərkəzi müştəriləri üçün yaradacağı əlverişli imkanlardan danışılacaq.

Xatırladaq ki, “AzIntelecom” MMC-nin 2016-cı ildən istifadəyə verilən Data Mərkəzi Cənubi Qafqaz regionunda TİER III sertifikatı ilə təltif olunmuş yeganə data mərkəzidir. 2017-ci ildən data mərkəzi nəzdində infrastruktur əsaslı İT həllər təqdim etməyə başlayan “AzIntelecom” mərkəzin geniş imkanlarından yararlanaraq partnyor şirkətlərlə əməkdaşlıq çərçivəsində müxtəlif lisenziya və kibertəhlükəsizlik həllərini potensial müştərilərə təklif edir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı