ABŞ Nümayəndələr Palatasına “Wikipedia”da redaktələr etmək qadağan olunub İyul 30, 2014 | 12:00 / Texnoloji yeniliklər

“Vikipediya” İnternet-ensiklopediyasının administrasiyası ABŞ Nümayəndələr Palatasına səhifələrdə redaktələrin olunmasını qadağan edib. cybersecurity.ru saytının yazdığına görə, qadağaya səbəb materialların dəfələrlə əsaslı redaktəsinə cəhd olub. 

Nümayəndələr Palatası şəbəkəsindəki IP-ünvanların diapozonu siyasətçi və biznesmenlər, eləcə də rezonans doğurmuş hadisələrlə bağlı (misal üçün, Kennedinin qətli) dəyişikliklərin edilməsinə cəhddən sonra 10 gün müddətinə bağlanılıb. Vaşinqtondakı naməlum əməkdaşlar ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeldin tərcümeyi-halında da dəyişikliklər etmək istəyiblər. 

“Vikipediya”dan bildiriblər ki, bu hadisədən öncə “analoji vandalizm”ə görə Vaşinqton məmurlarının kompüterlərinə artıq məhdudiyyətlər qoyulmuşdu. Şəbəkə ensiklopediyasında düzəlişlərlə bağlı sonuncu hücumlar barəsində hökumətin IP-ünvanlarından edilən dəyişikliklərin monitorinqinin aparıldığı @congressedits Twitter-lentindən məlum olub. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı