Ən sürətli kamera yaradılıb Oktyabr 18, 2018 | 02:28 / Texnoloji yeniliklər

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu və Kanadanın Kvebek Universitetinin tədqiqatçıları dünyanın ən sürətli kamerasını yaradıblar.

naukatv.ru saytının məlumatında bildirilir ki, “T-CUP” qurğusu saniyədə təxminən 10 trilyon kadr çəkir və vaxtı dayandıraraq kosmosda işıq şüasının hərəkətinə yavaşıdılmış tempdə baxmağa imkan verir. Qeyri-adi kameranın işi sıxılmış sürətli fotoqrafiya (compressed ultra-fast photo – CUP) adlandırılan texnologiyaya əsaslanır. O, saniyədə milyardlarla kadr, eləcə də adi statik təsvirlər çəkə bilir. “T-CUP” 2015-ci ildə saniyədə 4,4 trilyon kadr çəkən kameranın müəyyənləşdirdiyi sürət rekordunu yeniləyib.

Mütəxəssislər ümid edirlər ki, texnologiya biotibb sahəsində aparılan tədqiqatlarda və materialların öyrənilməsində faydalı olacaq. Həmçinin alimlər çəkiliş sürətinin saniyədə 1 kvadrilyon kadradək artırılması imkanının mövcud olduğunu bildirirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı