Marsa virtual səyahət etməyə imkan verən proqram mükafata layiq görülüb Oktyabr 17, 2018 | 03:29 / Maraqlı məlumatlar

ABŞ Kosmik Agentliyinin (National Aeronautics and Space Administration – NASA) “İlin proqramı” nominasiyasının qalibi “OnSight” sistemi olub. Proqram alimlərə Qırmızı planetin səthini tədqiq etməyə kömək edir.

İstehsalçılar Marsda gəzən “Curiosity” robotunun çəkdiyi şəkillərin köməyilə bu planetin geoloji xüsusiyyətlərini yenidən yaratmağa müvəffəq olublar. Proqram Kosmik agentliyin Reaktiv Hərəkət Laboratoriyası və “Microsoft” korporasiyası tərəfindən hazırlanıb. Qırmızı planetin səthinin virtual relyefini yalnız elmi işçilər deyil, həm də adi istifadəçilər qiymətləndirə bilərlər. Belə ki, “OnSight” sistemi İnternetdə əlçatandır.

robo-hunter.com saytının məlumatına görə, proqramda nümayiş etdirilən üçölçülü təsvirlər alimlərə Marsda geoloji obyektlərin tikilməsini qiymətləndirməyə kömək edir. Virtual reallıq “Curiosity” robotunun marşrutlarını təyin etməyə və onların çətinliyini qiymətləndirməyə imkan verəcək.

İstehsalçılar “Google” nümayəndələri ilə birgə proqramın İnternet versiyasını (“Access Mars”) yaradıblar. Bunun sayəsində istənilən istifadəçi Marsa virtual ekskursiyaya “yollana” bilər.

Sistemin “Mars 2020” missiyasının həyata keçirilməsində istifadə edilməsi planlaşdırılır. İstehsalçılar gələcəkdə insanın getməsi çətin və ya mümkünsüz olan yerlərin üçölçülü landşaftını yaratmaq niyyətindədirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı