Robot-vəkil Oktyabr 12, 2018 | 04:53 / Texnoloji yeniliklər

Ödənişsiz hüquq xidmətləri təklif edən robot-vəkil artıq “iOS” platformasında əlçatandır. Proqramın mahiyyəti belə ifadə edilir: “Bir düymə ilə məhkəməyə iddia göndər”. Burada, əsasən, korporasiyalarla məhkəmə prosesləri və insanlar arasında mübahisələrin həlli üzrə mürəkkəb mülki işlərdən söhbət gedir.

techcult.ru saytının məlumatına görə, süni intellektlə təchiz olunmuş “DoNotPay” müştəriyə müraciətin mahiyyəti və kimə qarşı iddia irəli sürməsi barədə suallar verir. Sonra robot ərizənin verilməsi üçün lazımi sənədləri tərtib edir və müştərinin məhkəmədəki çıxış mətnini hazırlayır.

Robotu ABŞ-ın Stenford Universitetinin tələbəsi, proqramçı Coşua Brauder 18 yaşında yaradıb. Əvvəlcə “DoNotPay” çoxsaylı park cərimələrinə etiraz məqsədilə məhkəməyə iddia göndərilməsi üçün nəzərdə tutulmuşdu. Robotun proqram təminatı təkmilləşdirildikdən sonra o, artıq ABŞ-ın əksər ştatlarında hüquq xidmətləri təklif etməyə başladı.

Brauder layihə üçün ilkin mərhələdə 1,1 milyon dollar maliyyə cəlb edə bilib. Hazırda “DoNotPay”in xidmətləri tamamilə ödənişsizdir. Gələcəkdə ödənişli ixtisaslaşdırılmış hüquq konsultasiyalarının əlçatan olacağı bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı