“Porsche” qiymətinə televizor İyul 24, 2014 | 02:30 / Texnoloji yeniliklər

“Samsung” 120 min dollara televizor təqdim edib 

Dünyada ən iri televizor istehsalçısı olan “Samsung Electronics” şirkəti ən bahalı Samsung UN105S9W televizoru üçün ərizələrin qəbuluna başlayıb. 105 düymlü çökük displeyli 4K Ultra HD-televizorunun qiyməti 120 min dollardır ki, elə “Porsche Carrera 4S Cabriolet” avtomobili də təxminən bu qiymətədir. 

newsru.com saytının məlumatına görə, televizor 5120 x 2160 piksel təsvir dəqiqliyinə malikdir ki, bu da Full HD formatı ilə müqayisədə 5,3 dəfə çoxdur. Yeni model 4 HDMI portu, Smart TV texnologiyası və 160 Vt. gücündə olan DTS Premium Sound 5.1 çoxkanallı akustik sistemlə təchiz olunub. Bundan əlavə, Wi-Fi, 4 USB portu, 3D dəstəyinə malikdir. Televizorun funksiyalarının idarə olunmasına dördnüvəli prosessor cavab verir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı