Stenford Universiteti elm və texnologiyanın inkişafına ən çox töhfə verən ali məktəbdir Oktyabr 12, 2018 | 11:11 / Maraqlı məlumatlar

ABŞ-ın Stenford Universiteti “Reuters” agentliyinin tərtib etdiyi elm və texnologiyalara daha çox töhfə verən ali məktəblərin dünya reytinqində ardıcıl olaraq dördüncü dəfə birinci yeri tutub.

hightech.fm saytının məlumatına görə, reytinqin ilk beşliyinə yalnız ABŞ universitetləri daxildir. Belə ki, ikinci yerdə Massaçusets Texnologiya İnstitutu, üçüncüdə isə Harvard Universiteti qərarlaşıb. Liderlər beşliyini müvafiq olaraq Pensilvaniya və Vaşinqton universitetləri tamamlayıb.

Ölkələr üzrə ali məktəblərin sayına görə reytinqdə isə ilk pillədə ABŞ (49 təhsil müəssisəsi), ikinci və üçüncüdə Almaniya (9) və Yaponiya (9 ) yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı