Kompüter alqoritmi DNT-yə görə potensial riskli ciddi xəstəlikləri proqnozlaşdırır Oktyabr 10, 2018 | 12:08 / Texnoloji yeniliklər

ABŞ-ın Miçiqan Universitetinin alimlərinin hazırladığı neyron şəbəkə DNT-yə görə insanların boyunu dəqiqliklə proqnozlaşdırır və potensial riskli ciddi xəstəlikləri (ürək xəstəlikləri, xərçəng) qiymətləndirir.

naukatv.ru saytının məlumatına görə, kompüter alqoritmi ilk dəfə boy, sümüklərin sıxlığı və insanın nail ola biləcəyi təhsil səviyyəsi kimi insan keyfiyyətlərini proqnozlaşdırmağa çalışır. Bunların müəyyənləşdirilməsi üçün neyroşəbəkə yalnız genoma əsaslanır. Böyük Britaniyanın “UK Biobank” DNT bazasının – səhiyyə haqqında beynəlxalq informasiya resursunun məlumatlarından istifadə edən alqoritm 500 min nəfərin DNT-ni analiz edərək insanlar arasında fərqli cəhətləri aşkarlayıb və onların xüsusiyyətlərini müqayisə edib. Sınaqlar zamanı kompüter hər insanın boyunu 1 sm dəqiqliklə proqnozlaşdırıb.

Mütəxəssislərin fikrincə, indi bu üsulu ciddi xəstəliklərlə əlaqədar digər mürəkkəb əlamətlərin proqnozlaşdırılıması üçün tətbiq etmək olar. Bu, həkimlərə mümkün qədər tez profilaktika aparmağa, potensial xəstəliyin qarşısını almağa və ya ləngitməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı