Çində blokçeynin inkişafı üzrə pilot zonası fəaliyyətə başlayıb Oktyabr 09, 2018 | 02:52 / Maraqlı məlumatlar

Çində blokçeynin inkişafı üzrə ilk pilot zonası ölkənin cənubunda yerləşən ada əyaləti Haynanda fəaliyyətə başlayıb. Pilot zonası Haynan Proqram Təminatı Ekoloji Parkında yerləşdirilib.

belta.by saytının məlumatına görə, zonada rəsmi olaraq oktyabrın 8-də açılmış Blokçeyn Tədqiqatları İnstitutu fəaliyyət göstərir. İnstitut ekoloji park və Oksford Universitetinin Blokçeyn Tədqiqatları Mərkəzi tərəfindən yaradılıb. Həmçinin park Çin Xalq Universiteti ilə əməkdaşlıq çərçivəsində blokçeyn sahəsində İnstitusional İnnovasiyalar Mərkəzini istifadəyə verəcək.

“Pilot zonası bütün dünyadan blokçeyn üzrə mütəxəssisləri cəlb etməyə və transsərhəd ticarət, inklüziv maliyyələşdirmə və kredit reytinqi kimi sahələrdə blokçeynin tətbiqi imkanlarını araşdırmaq üçün yaradılmışdır”, – Haynan Sənaye və İnformasiyalaşdırma Əyalət İdarəsinin rəhbəri Van Szin bildirib. O, qeyd edib ki, pilot zonası dünyanın aparıcı elmi-tədqiqat institutları və blokçeyn sənayesi iştirakçıları ilə əməkdaşlığı inkişaf etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı