“Google” fiziki imkanları məhdud şəxslərə kömək üçün proqram istifadəyə verib Oktyabr 05, 2018 | 11:48 / Maraqlı məlumatlar

“Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğuları səslə idarə etməyə imkan verən “Voice Access” əlavəsini istifadəyə verib. Yeni əlavə fiziki imkanları məhdud şəxslərin mobil telefondan istifadəsini sadələşdirmək məqsədi daşıyır.

tass.ru saytının məlumatına görə, “Voice Access” istifadəçilərə səs əmrləri vasitəsilə və əllərdən istifadə etmədən mətnlər yaratmaq və redaktə etmək, əlavələri dəyişmək, əlavələr daxilində “düymələr” basmaq və interfeys elementlərini idarə etməyə şərait yaradacaq.

Proqramın ingilis dilində olan versiyasını “Google Play” mağazasında yükləmək olar. Gələcəkdə tərtibatçılar tərəfindən digər dil versiyalarının istifadəyə verilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı