“İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb Yanvar 23, 2014 | 11:42 / Yeni nəşrlər

“İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb. Kitabın müəllifləri AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev və AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Pərvanə Salmanovadır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuş kitabda informasiya texnologiyalarının meydana gəlməsi, təkamül tarixi, informasiya cəmiyyəti (İC) ideologiyasının yaranması haqqında maraqlı faktlar təqdim olunub. Kitabda İKT-nin inkişafında mühüm əhəmiyyət kəsb edən ixtiralar, kəşflər, görkəmli alim və mütəxəssislər, aparıcı şirkətlər, onların yaranma tarixi və fəaliyyəti haqqında məlumatlar ilk dəfə Azərbaycan dilində xronoloji ardıcıllıqla verilib. 

İC-nin elmi-nəzəri əsaslarının formalaşmasında xüsusi xidmətləri olmuş görkəmli şəxslər, İKT-nin inkişaf tarixi haqqında məlumatların əksini tapdığı kitab İC ideyalarının vüsət alması və təbliği baxımından vətəndaşların maarifləndirilməsi məqsədi daşıyır. 

“İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı ensiklopedik xarakter daşıyır və İKT-nin inkişafı, İC-nin formalaşması mövzuları üzrə təşkil olunan viktorinalarda, intellektual yarışlarda dəyərli vəsait kimi də istifadə oluna bilər. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı