Düyməli “ağıllı” telefon təqdim olunub Sentyabr 28, 2018 | 02:20 / Texnoloji yeniliklər

Çinin “Xiaomi” şirkəti “Qin AI Phone” adlı düyməli “ağıllı” telefonunu təqdim edib. Qurğu səsli əmrlərlə idarəetmə ilə yanaşı, həm də sinxron tərcüməçi funksiyasını yerinə yetirən “Xiao” adlı süni intellekt sistemi ilə təchiz edilib.

ferra.ru saytının məlumatına görə, ötən ay “Xiaomi” şirkəti sözügedən telefon üçün öz kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasında vəsait toplayıb və indi telefon satışa çıxarılıb.

Telefon 240x320 piksel təsvir ölçülü IPS displey və “Corning Gorilla” qoruyucu şüşəsi ilə təchiz edilib. Qurğunu məişət texnikası üçün infraqırmızı pult kimi istifadə etmək olar. Həmçinin “4G” və “Wi-Fi” dəstəklənir, stereo səs, internet-radio mövcuddur və “bulud” saxlanc sistemində faylların ehtiyat surəti yaradılır. Qiyməti 54 dollar təşkil edən telefon boz, ağ, qırmızı və sarı rənglərdə təklif olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı