Dronların idarə olunması üçün eynək hazırlanıb Sentyabr 26, 2018 | 10:27 / Texnoloji yeniliklər

ABŞ ordusunun tədqiqat laboratoriyası, Pensilvaniya Universiteti və Nyu-York Universitetinin mütəxəssisləri dronların idarə olunması üçün eynək təqdim ediblər.

robo-hunter.com saytının məlumatında bildirilir ki, “Tobii Pro Glasses 2” HD kamera və insanın başının vəziyyətini müəyyən edən inersiyalı ölçü modulundan ibarət olan gözlərin izlənilməsi sistemi ilə təchiz edilib. Dərin neyron şəbəkənin köməyilə sistem bir və ya bir neçə kopterin yönəlməli olduğu istiqaməti təyin edir. “Tobii Pro Glasses 2” “NVIDIA Jetson TX2” portativ prosessoruna qoşulub. Sistem avtonom işləyir və xarici sensorlara əsaslanmır.

İstehsalçıların sözlərinə görə, qurğu təkmilləşdirilməlidir: 3D-naviqasiya nöqtəsini təyin etmək üçün “Tobii Pro Glasses 2” 2D-koordinatdan istifadə edir, sonra təsadüfi olaraq, öncədən müəyyən edilmiş təhlükəsizlik zonasının daxilində nöqtənin dərinliyini seçir.

İstehsalçılar gələcəkdə 3D-naviqasiyanın dərinliyini nizama salmaqla yanaşı, qurğuya səs və jest rejimi əlavə etməyi planlaşdırırlar.

Tədqiqatçılar ümid edirlər ki, yeni texnologiya dronların təhlükəsiz idarə edilməsində fiziki imkanları məhdud insanlara kömək edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı