2018-ci ildə dünyada süni intellekt sürətləndiricisinə malik smartfonların payı 30%-i ötəcək Sentyabr 24, 2018 | 11:19 / Maraqlı məlumatlar

“Digitimes Research” tədqiqat şirkətinin proqnozuna görə, 2018-ci ilin dördüncü rübündə dünyada süni intellekt sürətləndiricisi ilə təchiz edilmiş smartfonların payı 30%-i ötəcək.

dailycomm.ru saytının məlumatına görə, bu proqnoz daxili süni intellekt çipləri ilə təchiz edilmiş “HiSilicon Kirin 980” və “Apple A12 Bionic” mobil prosessorlarının istehsalından sonra verilib.

Hazırda smartfonlarda süni intellekt həlləri əsasən şəkillərin tanınması və emalında istifadə olunur, gələcəkdə isə, əlavə reallıq tətbiqləri bu sahədə əsas rol oynayacaq. Bununla əlaqədar olaraq, smartfon istehsalçıları və proqram təminatı tərtibatçıları müştəriləri cəlb etmək və rəqibləri geridə qoymaq üçün yeni süni intellekt təklifləri hazırlamalıdırlar.

2018-ci ilin oktyabr-dekabr aylarında smartfonlarda aparat süni intellekt sürətləndiricilərinin proqramlar ilə müqayisədə daha geniş yayılacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı