Süni intellektli zəngli saat təqdim olunub Sentyabr 21, 2018 | 03:13 / Texnoloji yeniliklər

Çinin “Xiaomi” şirkəti süni intellektli köməkçi funksiyaya malik “Xiao AI Smart Alarm Clock” zəngli saatını təqdim edib.

3dnews.ru saytının məlumatına görə, qurğu mahiyyət etibarilə ənənəvi zəngli saat və “ağıllı” dinamik hibrididir. İstifadəçilər səsli əmrlər vasitəsilə bu və ya digər informasiyanı (məsələn, hava proqnozunu, yollardakı vəziyyəti, aktual xəbərləri və s.) əldə edə biləcəklər.

“Ağıllı” zəngli saatla “Mijia App” mobil proqramının köməyilə məsafədən əlaqə yaratmaq mümkündür. Həmçinin müxtəlif bildiriş və xatırlatmaların göstərilməsi dəstəklənir.

Bundan başqa, yeni qurğunu “ağıllı” məişət cihazları, məsələn, qoşulmuş hava təmizləyiciləri, kondisionerlər və s. ilə birgə iş üçün istifadə etmək olar.

“Ağıllı” zəngli saat müxtəlif mövzuları səsləndirərək ev sahiblərinə iş günündən sonra dincəlməyə kömək edəcək. Yeni qurğu ənənəvi funksiyaları da yerinə yetirir – vaxtı göstərir və istifadəçilərin yuxudan ayılması üçün siqnallar verir.

Sentyabrın 28-dən etibarən satışa çıxarılacaq “Xiao AI Smart Alarm Clock” zəngli saatının təxmini qiyməti 20-25 dollar təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı