İnsanabənzər robot-humanoid təqdim edilib Sentyabr 19, 2018 | 03:55 / Texnoloji yeniliklər

“Engineered Arts” şirkəti insan mimikası və hərəkətlərini sinxron şəkildə təqlid edən “Mesmer” adlı robot-humanoidi təqdim edib.

robo-hunter.com saytının məlumatına görə, “Mesmer” robotları hərəkətli mum fiqurlarına bənzəyirlər. Onlar insan mimikası və hərəkətlərini ötürücülər (fırlanma hərəkətini bir yerdən o biri yerə ötürən mexanizm) sayəsində yenidən canlandıra bilirlər. Ötürücülər səssiz işləyir, onların hər biri avtonom idarə olunur. Yeni robot insan kimi hərəkət etməklə yanaşı, kamera və sensorlar sayəsində insanı tanıyır, onun cinsi və yaşını müəyyən edə bilir.

Şirkət nümayəndələri bildiriblər ki, robot üçün vahid qiymət təyin etmək çətindir. Onun qiyməti alıcıya lazım olan modifikasiyadan asılıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı