Dünyada hidrogen yanacaqla işləyən ilk qatar istifadəyə verilib Sentyabr 18, 2018 | 09:57 / Maraqlı məlumatlar

Dünyada hidrogen yanacaq elementləri ilə işləyən ilk “Coradia iLint” qatarı 16 sentyabr tarixində Almaniyanın Aşağı Saksoniya vilayətində sınaq reysini yerinə yetirib.

İlk səfərin gedişatını Aşağı Saksoniyanın iqtisadiyyat və nəqliyyat naziri Bernd Altxusman şəxsən müşahidə edib.

belta.by saytının məlumatına görə, qatarların damında hidrogen yanacaqlı rezervuar və yanacaq elementi quraşdırılıb. O, ətraf mühitə zərər vermədən hidrogen enerjisini elektrik cərəyanına çevirəcək. Qatar saatda 140 kilometrə qədər sürət yığa bilir. “Coradia iLint” bir dəfə yanacaq doldurmaqla min kilometrə qədər məsafə qət edə bilər.

Qatar artıq standart marşrut üzrə hərəkətə başlayıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı