Elastik planşet təqdim olunub Sentyabr 04, 2018 | 02:11 / Texnoloji yeniliklər

Kanadanın Kral Universitetinin İnsan media-laboratoriyasının tədqiqatçılar qrupu planşetə və smartfona bənzəməyən, lakin hər iki qadcetin funksiyaları ilə təchiz edilmiş “MagicScroll” adlı orijinal qurğu hazırlayıb.

İstehsalçıların sözlərinə görə, onları elastik sensor ekrana malik qadcetin yaradılmasına qədim misir papirus bağlamaları (lülə halında bükülmüş kağızlar) ilhamlandırıb. 3D-çapın köməyilə hazırlanmış yeni qurğunun ekranında dəyişmələr qadcetin kənarlarında yerləşdirilmiş təkərləri döndərməklə həyata keçirilir.

Əlavə məlumat tələb olunduqda istifadəçi görünüş sahəsinin formatının genişlənməsi üçün ekranı korpusdan ayıra bilər. Elastik ekran 2K təsvir ölçüsünə malikdir.

techcult.ru saytının məlumatında bildirilir ki, qadcetin qeyri-adi silindrik forması artıq bir sıra üstünlüklərini göstərib. Məsələn, “MagicScroll” əldə və cibdə saxlamaq üçün “iPad”dan daha rahatdır. Qurğu, onu jestlərin köməyilə idarə etməyə imkan verən kamera ilə təchiz olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı