Ən yüngül çəkili 15 düymlük noutbuk təqdim edilib Avqust 30, 2018 | 10:07 / Texnoloji yeniliklər

Tayvanın “Acer” şirkəti avqustun 31-dən sentyabrın 5-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək “IFA 2018” – Beynəlxalq istehlak elektronikası sərgisinin açılışı ərəfəsində “Swift 5” adlı yeni nəsil yığcam noutbukunu təqdim edib.

ferra.ru saytının məlumatına görə, “SF515-51T” nömrəli modelin ən yüngül 15 düymlük noutbuk olduğu açıqlanıb. Qurğunun çəkisi 990 qram təşkil edir.

Sözügedən noutbuk səkkizinci nəsil “Intel Core” prosessoru (Core i7-8565U və Core i5-8265U), “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 15,6 düymlük sensor IPS displey, 16 Gb-dək əməli yaddaş və 1 Tb sərtgövdəli daşıyıcı ilə təchiz edilib. Displeyin ətrafındakı çərçivənin qalınlığı 5,87 mm təşkil edir.

“Wi-Fi” (802.11ac), “Bluetooth 5.0” dəstəklənir, 2 ədəd “USB Type-A”, 1 ədəd “USB Type-C” portları, “HDMI” və qulaqlıqlar üçün konnektor mövcuddur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı