Süni intellektə malik ekzoskelet təqdim edilib Avqust 29, 2018 | 02:46 / Texnoloji yeniliklər

“LG” şirkəti süni intellektlə təchiz olunmuş ekzoskeleti təqdim edib. Qurğu öz peşəsinə görə iş gününün çox hissəsini ayaq üstündə keçirməyə məcbur olan insanlar üçün nəzərdə tutulub.

techcult.ru saytının məlumatında bildirilir ki, ekzoskeletin elementlərindən biri döşəmədə sürüşməni təmin edən və öz istifadəçisinin fizioloji xüsusiyyətlərinə avtomatik uyğunlaşan ayaqqabılardır. İstehsalçıların fikrincə, bunun sayəsində oynaqlara yüklənmə azalır. “LG CLOi SuitBot”a inteqrasiya edilmiş süni intellekt özü öyrənmək, istifadəçiyə və onu əhatə edən mühitə uyğunlaşmaq imkanına malikdir.

Qeyd edək ki, “LG CLOi SuitBot” ilk ekzoskelet deyil. “Honda”, “Panasonic”, “Lockheed Martin” və digər tanınmış şirkətlər analoji qurğuların istehsalı ilə məşğul olublar. Yeni ekzoskeletin imkanları haqqında hələ ki, ətraflı məlumat verilmir. Şirkət nümayəndələrinin sözlərinə görə, ekzoskelet Almaniyanın paytaxtı Berlində keçiriləcək “IFA 2018” Beynəlxalq istehlak elektronikası sərgisində təqdim ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı