Süni intellekt istənilən şəkilin fonunu dəyişdirir Avqust 27, 2018 | 03:32 / Texnoloji yeniliklər

Massaçusets Texnologiya İnstitutunun Kompüter elmləri və süni intellekt laboratoriyasının tədqiqatçıları şəkillərin redaktəsi üçün yeni aləti təqdim ediblər. Fotoredaktor “SSS” süni intellektdən istifadə etməklə, obyektlərin dəqiq sərhədlərini müəyyən edir və fonu dəyişdirə bilir.

robo-hunter.com saytının məlumatına görə, “SSS” semantik seqmentasiya texnikası (təsvirin piksellərə bölünməsi) ilə işləyir. Proqram əsas və fon obyektləri arasındakı fərqi avtomatik tanıyır. Digər fotoredaktorlardan fərqli olaraq, yeni texnologiya insanın iştirakını tələb etmir,  neyron şəbəkə özü sərbəst işləyir.

“Hər bir piksel yalnız təsvirdəki konkret bir obyektə aid deyil. Çox vaxt fon piksellərini konkret predmetin piksellərindən fərqləndirmək çətin olur. Lakin “SSS” onların sərhədlərini tapır və istənilən obyektin dəqiq konturlarını müəyyən edir”, – deyə tədqiqat müəlliflərindən biri Yağız Aksoy bildirib.

“SSS” təsvirin redaktəsinə 4 dəqiqə sərf edir. Yeni fotoredaktor hələ ki, video ilə işləmir. Mütəxəssislər texnologiyanın təkmilləşdirilməsi üzərində çalışırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı