Keramika üçün ilk 4D-çap texnologiyası hazırlanıb Avqust 20, 2018 | 10:42 / Texnoloji yeniliklər

Çinin Honkonq Universitetinin tədqiqatçılar qrupu çapdan sonra mürəkkəb formalar alan ilk dördölçülü keramika çap texnologiyasını hazırlayıb.

naukatv.ru saytının məlumatına görə, keramika yüksək ərimə temperaturuna malik olduğuna görə onun istehsalı üçün adi lazer çapından istifadə etmək çətinlik yaradır. Üçölçülü keramika predmetlərinin formasını dəyişdirmək praktik olaraq qeyri-mümkündür ki, bu da həmçinin mürəkkəb formalı çap keramikasının istehsalına mane olur. Bu problemlərin aradan qaldırılması üçün Çin alimləri polimer oksid prekursorları və ya polimer və keramika nanohissəciklərinin qarışığından ibarət olan “keramik mürəkkəb” hazırlayıblar. Mürəkkəbdən yaradılmış 3D-çap olunmuş keramika detalları yumşaq olur və uzadıla bilir. Bu elastik predmetlərdən oriqami prinsipi üzrə əmələ gələn mürəkkəb formalar yaratmaq mümkündür.

Qeyd edək ki, 4D-çap texnologiyası əlavə vaxt elementini özündə birləşdirən adi üçölçülü çapdır: çap obyektləri formanı dəyişə və ya xarici təsir (temperatur və ya maqnit sahəsi) nəticəsində çapdan sonra lazımi fiqurlar şəklində müstəqil cəmləşə bilir. Yeni tədqiqatda mühəndislər tərəfindən gərilmə sayəsində çap edilmiş altlıqda əmələ gələn enerjidən istifadə edilib. Gərilmiş keramika predmetləri müstəqil lazımi formanı alır, daha sonra termik işləmə onları möhkəm keramikaya çevirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı