“Ağıllı” eynək insanın baxdığı nöqtəyə avtomatik fokuslanacaq Avqust 17, 2018 | 04:03 / Texnoloji yeniliklər

ABŞ-ın Stenford Universitetinin mütəxəssisləri insanın baxdığı nöqtəyə avtomatik fokuslanan “ağıllı” eynək hazırlayıblar.

naukatv.ru saytının məlumatında bildirilir ki, yeni texnologiya presbiopiya xəstəliyi – gözün refraksiya anomaliyası (Bu zaman insan yaxın məsafədən kiçik şriftləri və xırda əşyaları görə bilmir) ilə mübarizə üçün yaradılıb. Ənənəvi presbiopiya korreksiya formaları görmənin təbii oriyentasiyasını təmin edə bilmir, yalnız insana baxmağa imkan verən görmə diapazonunu genişləndirir.

“Autofocals” adlanan presbiopiya korreksiya texnologiyası baxılacaq əşyaya avtomatik fokuslanmağa imkan verir. Eynək linzanın fokuslanma məsafəsini dəyişərək istifadəçinin baxış istiqamətinə yönəlir. Optikaya dəyişən fokuslama məsafəsinə və güc təzyiqi nəticəsində formasını dəyişərək linzanı əyməklə fokuslama məsafəsini dəyişən mayeyə malik xüsusi linzalar quraşdırılıb. Kameralar sistemi gözün vəziyyətini izləyir, hərəkət sensorları baxış istiqamətini qeydə alır, xüsusi alqoritm isə fokuslama nöqtələrinin koordinatlarını aşkarlayır və linzanın fokuslama məsafəsini dəyişməklə lazımi obyektə baxmağa imkan verir.

Mütəxəssislərin sözlərinə görə, hazırda görmə korreksiyası problemi üçün ideal kommersiya həlli mövcud olmasa da, “Autofocals” texnologiyası bu istiqamətdə mühüm addım ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı