Almaniyada kibertəhlükəsizlik agentliyi yaradılacaq Avqust 13, 2018 | 10:08 / Maraqlı məlumatlar

Almaniya hökuməti İnnovasiyalar və Kibertəhlükəsizlik üzrə Agentlik adlandırılacaq yeni milli struktur yaradır.

belta.by saytının məlumatında bildirilir ki, yeni qurumun yaradılması üzərində ölkənin Müdafiə və Daxili İşlər nazirlikləri çalışır. İsrail və ABŞ təcrübəsinə əsaslanacaq agentliyin formalaşdırılması ilə bağlı son razılaşma avqustun 15-nə təyin olunub.

Agentliyin kibertexnologiyalar sahəsində məhsulların hazırlanması ilə məşğul olan şirkətlərin fəaliyyətini izləyəcəyi planlaşdırılır.

Almaniya Müdafiə Nazirliyinin məlumatına əsasən, ölkə növbəti 2 ildə təhlükəsizliyin təmini üçün bu sahədə tədqiqatlara təxminən 50 milyon avro yatırmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı