Moskva Dövlət Universiteti dünyanın ən güclü superkompüterini yaradacaq İyul 16, 2014 | 02:30 / Texnoloji yeniliklər

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində cari ilin sonunadək dünyada ən güclü superkompüter yaradıla bilər. Bu haqda ali təhsil müəssisəsinin rektoru Viktor Sadovniçiy bildirib. V.Sadovniçiyin sözlərinə görə, bunun üçün artıq əsas hazırlıq işləri görülüb. 

Rektor hazırda əsas problemin maliyə məsələsi olduğunu qeyd edib: “Əgər dövlət və ya özəl investorlar tərəfindən maliyə dəstəyi göstərilərsə, superkompüter qısa bir vaxt ərzində hazır ola bilər”. 

pitbit.ru saytının məlumatına görə, yetərli qədər maliyə vəsaitinin olacağı təqdirdə superkompüterin məhsuldarlığı 30 petaflopsa çatdırıla bilər. 

Qeyd edək ki, bugünkü gündə ən məhsuldarlı superkompüterin gücü 30 petaflopsdan artıqdır. Çinin 33,86 petaflops həcmli Tianhe-2 superkompüteri dünyada birincidir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı