Əşyaların İnterneti 5 il sonra dünyanı necə dəyişdirəcək? Avqust 01, 2018 | 11:14 / Maraqlı məlumatlar

Müasir texnologiyalar dünyanı dəyişdirməyə davam edir. Vaxtilə kompüter və İnternet, daha sonra smartfonlar həyatımıza böyük təsir göstərib. İndi isə pilotsuz uçan aparatlar, blokçeyn və Əşyalar İnterneti gündəlik həyatımıza daxil olur.

hi-news.ru saytının məlumatında bildirilir ki, Business Insider nəşrinin proqnozuna görə, 2023-cü ilədək istehlakçı, biznes və hökumət təşkilatları tərəfindən 40 milyard ağıllı qurğu istifadədə olacaq. Söhbət yalnız ağıllı kolonka və lampalardan getmir. Ağıllı qurğular bazarın hər bir seqmentinə qoşulmağa hazırdır və bu, 5 il sonra reallaşacaq. İstehlak bazarında ağıllı qurğuların evlərdə tətbiqi davam edəcək. Simsiz qoşulmanın köməyi ilə idarə olunacaq lampalar, kolonkalar və məişət cihazları sırasına geyim və ayaqqabı da əlavə olunacaq. Bundan əlavə, müəssisə və təşkilatlarda ağıllı qurğular avtomatlaşdırma rolunu oynamağa davam edəcək. Ofis və istehsalda eyni cihazlardan istifadə ediləcək, lakin onlar daha ağıllı və sərbəst olacaq.

2023-cü ilədək hökumət təşkilatları ağıllı şəhərlərin inkişafını stimullaşdırmaqla məşğul olacaq. Ağıllı izləmə kameraları, şəhər işıqları və sayğaclar cinayətkarlıqla mübarizə aparacaq və kommunal xidmətlərin idarə edilməsini asanlaşdıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı