“Toshiba” 96 qatlı fləş-kart hazırlayır İyul 30, 2018 | 11:54 / Texnoloji yeniliklər

Sərtgövdəli yaddaş sahəsində dünya lideri olan “Toshiba Memory” korporasiyası 3D yaddaş texnologiyası üzərində qurulmuş 96 qatlı BiCS FLASH yaddaş kartının prototipini hazırlayır.

nvworld.ru saytının məlumatına görə, QLC texnologiyasının tətbiqi bir çipdə saxlanılan məlumatların həcmini artırmağa imkan verir. Artıq sentyabr ayından etibarən şirkət SSD istehsalçılarına çiplərin eksperimental tədarükünü təklif etməyi planlaşdırır. Yaddaşın kütləvi istehsalına isə 2019-cu ildə başlanılacaq.

QLC-ə keçid məlumatlar oyuğunda saxlanılanların miqdarını 3-dən 4-ə qədər artırmağa imkan verir. Nəticədə, bir çipdə 1,33 TB-lıq məlumatı saxlamaq, eləcə də bir mikrosxemin həcmini 2,66 TB-a qədər artırmaq mümkündür. “Toshiba”dan bildiriblər ki, bu həcm çox sayda məlumat generasiya edən mobil terminallar və IoT cihazlarının inkişafı fonunda son dərəcə vacibdir.

Prototipin avqust ayının əvvəlində ABŞ-ın Santa-Klara şəhərində keçiriləcək “Flash Memory Summit” çərçivəsində təqdim olunması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı