“Samsung” sınmayan OLED-ekranlar təqdim edib İyul 26, 2018 | 03:53 / Texnoloji yeniliklər

“Samsung” şirkəti sınmayan OLED-ekranın sınaqlarını müvəffəqiyyətlə həyata keçirib. Ekranın smartfonlarla yanaşı, digər qurğularda da istifadə olunacağı bildirilir.

“Samsung” mühəndisləri ekranların istehsalı zamanı istifadə olunan şüşəni “bərkidilmiş plastik örtük” ilə əvəzləyiblər.

naked-science.ru saytının məlumatına görə, ekranın sınaqları “Underwriters Laboratories” şirkəti tərəfindən aparılıb. Bildirilir ki, ixtira ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş hərbi standartlar üzrə yoxlamadan keçib. Ekran 1,2 və 1,8 metr hündürlükdən düşmə, həmçinin temperaturun 71 dərəcə Selsiyə qədər yüksəlməsi və mənfi 32 dərəcə Selsiyə enməsi zamanı zərər görməyib.

Şirkət yeni ekrandan gələcəkdə smartfon, portativ oyun konsolları, hərbi qurğular və avtomobil kompüterlərində istifadə etməyi planlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı