“Sehrli” çubuq uşaqlara proqramlaşdırmanın əsaslarını öyrədəcək İyul 26, 2018 | 12:50 / Texnoloji yeniliklər

“Kano” şirkətinin mütəxəssisləri uşaqlara proqramlaşdırmanı əyləncəli formada öyrətmək məqsədilə Harri Potterin “sehrli” çubuğunu hazırlayıblar. Qurğu “Javascript” proqramlaşdırma dilinin əsaslarının öyrənilməsi üçün xüsusi sensorlara malikdir.

dni24.com saytının məlumatına görə, artıq uşaqlar proqramlaşdırmanı müxtəlif oyunlarla öyrənməyə kömək edəcək “sehrli” aləti əldə edə biləcəklər. İstifadə etməzdən əvvəl çubuğu yığmaq və iOS, Android, Mac və PC platformalarında işləyən qadcetə yüklənmiş proqrama qoşmaq lazımdır.

“Sehrli” çubuq məkanda onun yerini müəyyən edən sensorların sayəsində işləyir. Dəstə 70 öyrədici tapşırıq daxildir. Kodun yazılması çubuğu vuraraq ovsun etməyə bənzəyir. Qiyməti 100 ABŞ dolları təşkil edəcək qurğunu ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyada əldə etmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı