“Facebook” İnternetin paylanması üçün peyk buraxmağı planlaşdırır İyul 26, 2018 | 12:25 / Maraqlı məlumatlar

Bir müddət öncə Aquila pilotsuz aparatlarının istehsalı və sərbəst planlaşdırılmasından imtina etmiş “Facebook” sosial şəbəkəsi Yer kürəsinin çətinliklə gedilə bilən guşələrinin İnternetlə təmin olunması təşəbbüsünü irəli sürüb.  Şirkətdən bildiriblər ki, hazırda yeni Athena (“Afina”) İnternet-peykinin yaradılması ilə bağlı ciddi tədbirlər görülür: “İndi biz layihə haqqında konkret danışa bilmirik, lakin belə düşünürük ki, peyk texnologiyaları növbəti nəslin genişzolaqlı İnternet infrastrukturunun inkişafında vacib rol oynayacaq. Belə ki, peyk şəbəkəyə girişin məhdudlaşdırıldığı və ya heç olmadığı ucqar kəndləri İnternetlə təmin edəcək”.

hitech.vesti.ru saytının məlumatına görə, peyk sənayesi daha çox özəl şirkətlərin diqqətini cəlb edir. Məsələn, İlon Maskın SpaceX şirkəti Starlink peyk sistemini hazırlayır ki, bu sistem bütün Yer kürəsini genişzolaqlı şəbəkə ilə əhatə edən bir neçə min peykin orbitə çıxışını nəzərdə tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı