Radiasiya Problemləri İnstitutunda İnternet xidmətinin verilməsində yaranmış məhdudiyyətlər aradan qaldırılıb İyul 25, 2018 | 03:10 / Mühüm hadisələr

Məlumdur ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm kompüter şəbəkəsi Akademiyanın elmi müəssisə və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası baxımından geniş imkanlar təqdim edir, bu qurumlara yüksək səviyyəli İnternet xidmətləri göstərir. AzScienceNet şəbəkəsinin mütəxəssisləri institut və təşkilatlarda İnternet xidmətləri və şəbəkə avadanlıqları ilə bağlı yaranmış problemləri tez bir zamanda həll edir, bu qurumlara daimi texniki dəstək göstərirlər.

Bu yaxınlarda AMEA Radiasiya Problemləri İnstitutunda elektrik enerjisinin verilməsində baş verən problemlərlə əlaqədar şəbəkə avadanlıqlarında yaranan nasazlıqlar nəticəsində İnternet xidmətinin verilməsində məhdudiyyətlər yaranıb. AzScienceNet şəbəkəsinin mütəxəssisləri bu nasazlıqları operativ şəkildə aradan qaldırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı