İnsan həyatına son qoyan alqoritmlərin hazırlanması qadağan ediləcək İyul 18, 2018 | 04:40 / Maraqlı məlumatlar

İyulun 13-19-da Stokholmda (İsveç) süni intellektə həsr edilən “International Joint Conference on Artificial Intelligence” konfransı keçirilir. Tədbir zamanı “Future of Life Institute” qeyri-kommersiya təşkilatı tərəfindən ölümlə nəticələnən alqoritmlərin istehsalının qadağan edilməsi haqqında saziş tərtib olunub. Sənədi imzalayan şəxslər arasında “DeepMind” şirkətinin təsisçisi Demis Hassabis, sahibkar İlon Mask, “Skype”ın təsisçisi Jan Tallin yer alıb. Sənədə ümumilikdə 164 təşkilat və 2410 nəfər imza atıb.

naked-science.ru saytının məlumatında bildirilir ki, sazişə görə, süni intellektdən istifadə edən silah sistemləri bəşəriyyət üçün mənəvi və praqmatik təhlükə yaradır. Mənəvi baxımdan insan həyatının sona çatması ilə bağlı qərarlar kompüterlər tərəfindən qəbul edilməməlidir. Praqmatik təhlükə ondan ibarətdir ki, insanın müdaxiləsi olmadan obyekti müstəqil seçən və ona tuşlanan ölümcül avtomatik silah hər bir ölkə və fərd üçün təhlükəlidir.

Sənədi imzalayan Massaçusets Texnologiya İnstitutunun professoru Maks Teqmark bildirib ki, saziş süni intellekt sahəsində liderlərin əməli işə keçməsinin göstəricisidir. Onun sözlərinə görə, saziş siyasətçilərin hakimiyyətə malik olmadıqları sahədə – texnologiyaların hazırlanması sahəsində qadağanın tətbiqini nəzərdə tutur. Professorun fikrincə, alqoritmlərlə təchiz edilən silah da bioloji silah kimi təhlükəlidir və buna görə də ciddi tənzimlənməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı