İlk üçölçülü rəngli rentgen şəkli çəkilib İyul 16, 2018 | 10:52 / Texnoloji yeniliklər

Yeni Zelandiya alimləri tibbi diaqnostika sahəsini inkişaf etdirəcək texnika vasitəsilə dünyada ilk dəfə olaraq insanın üçölçülü rəngli rentgen şəklini çəkiblər.

Naukatv resursunun məlumatında bildirilir ki, ənənəvi qara-ağ rentgen çəkilişinə əsaslanan yeni qurğu Böyük Adron Kollayderi üçün hazırlanan hissəciklərin izlənməsi texnologiyasından istifadə edir. Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) Medipix adlı texnologiyası ayrı-ayrı subatom hissəcikləri açıq çaxmaqda piksellərlə toqquşan zaman onları aşkarlayan və hesablayan kamera kimi işləyir. Bu, yüksək təsvir ölçüsünə və yüksək kontrastlığa malik şəkillərdən istifadəyə imkan verir.

CERN mühəndislərinin sözlərinə görə, şəkillərdə sümük toxuması, əzələlər və qığırdaq arasında fərq çox aydın görünür. Bundan başqa, xərçəng şişlərinin vəziyyətini və ölçüsünü yaxşı görmək mümkündür.

Daha dəqiq şəkillər həkimlərə xəstəlikləri dəqiq diaqnozlaşdırmağa imkan verir. Texnologiya layihənin hazırlanmasında iştirak edən Otaqo və Kenterberi universitetləri ilə əlaqədar Yeni Zelandiyanın MARS Bioimaging şirkəti tərəfindən kommersiya istifadəsinə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı