“Elektron dəri” insanın təzyiqi və nəbzini izləyəcək İyul 11, 2014 | 03:00 / Texnoloji yeniliklər

Avstraliya alimləri qızıl simlərdən hazırlanmış sensoru təqdim ediblər. Bu, insanın təzyiqi və nəbzini izləyəcək “elektron dəri”nin öyrənilməsində ilk addımdır. meddaily.ru saytının bildirdiyinə görə, sensor yüksək həssaslıq və dəqiqliyi ilə fərqlənir. 

Monaş Universiteti ilə Melburn Nanoistehsal Mərkəzinin əməkdaşları yüksək keçiricilik qabiliyyəti ilə fərqlənən ən nazik qızıl simlərdən istifadə ediblər. Nəticədə təxminən 2 nanometr qalınlığında olan sensor alınıb. Bu cür sensoru yatarkən və ya məşq edərkən çıxarmaq tələb olunmur. 

Monaş Universitetindən olan doktor Venlun Çenq deyib: “Biz, istənilən şəraitdə insanların sağlamlığını izləmək imkanı əldə edəcəyik. Bu cür sensor gündəlik işlərimizdə heç bir maneçilik yaratmayacaq. Sensorlar çevik, eyni zamanda davamlıdırlar. Perspektivdə, bu, ev şəraitində monitorinq üçün mükəmməl sistemlərdir ki, bu da yaşlı insanlar və əlillər üçün çox aktualdır”. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı