Deputatlar üçün sosial şəbəkə yaradılır İyul 11, 2014 | 12:00 / Texnoloji yeniliklər

“Problemlərin həllini hamı birlikdə axtaracaq” 

Rusiyada elektron parlamentin yaradılması çərçivəsində deputatlar üçün peşəkar sosial şəbəkə istismara veriləcək. Bu haqda“Известия” qəzeti e-parlamentin yaradılması üzrə işçi qrupunun rəhbəri, aşağı palatanın vitse-spikeri İqor Lebedevə istinadən bildirib.

“Парламентский портал” sosial şəbəkəsinin ünvanı portal.parlament.gov.ru adlanır. Sosial şəbəkədə millət vəkillərindən əlavə onların öz dəvəti ilə ekspert-hüquqşünaslar, politoloq və iqtisadçılar da qeydiyyatdan keçə biləcəklər. Sıravi istifadəçilər isə yalnız təşəbbüsləri qiymətləndirə və başqa sosial şəbəkələrdə müzakirə edə bilərlər. 

Yeni meydan deputatın real vaxt rejimində istənilən təşəbbüsü üzrə nəinki diskussiya təşkil olunmasına, həm də Rusiyanın müxtəlif regionlarından olan deputatların müzakirələrə cəlb edilməsinə imkan verəcək. 

“Bugünkü gündə ölkədə 245 min deputat var ki, onlar arasındakı birliyin daha da möhkəmləndirilməsi zəruridir” – deyən İ.Lebedev yeni peşəkar sosial şəbəkənin ciddi problemlərin operativ həlli yollarının axtarışı üçün bir alət olduğunu bildirib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı