Əmək veteranları və müharibə iştirakçıları şurasının iclası keçirildi İyul 15, 2014 | 12:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Əmək veteranları və müharibə iştirakçıları şurasının iclası keçirildi.


İnstitutda çalışan əmək veteranları və müharibə iştirakçılarının qatıldığı tədbiri giriş sözü ilə şuranın sədri Təhmasib Fətəliyev açaraq gündəlikdə duran məsələ barədə məlumat verdi.

AMEA-da aparılan coxistiqamətli islahatların həyata keçirilməsində elmi müəssisə və təşkilatlarda çalışan alim və mütəxəssislərin rolundan danışan T.Fətəliyev onların hər zaman dövlətin və AMEA rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğuladı. 

Qeyd etdi ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 1 may 2014-cü il tarixli “AMEA-nın əməkdaşlarına “Əmək veteranı” adının verilməsi haqqında“ Sərəncamına uyğun olaraq komissiya yaradılmışdır. Komissiya tərəfindən AMEA-nın elmi müəssisə və təşkilatlarının ümumilikdə 99 əməkdaşına, o cümlədən AMEA İTİ-nin 6 əməkdaşına “Əmək veteranı” adı və “Əmək veteranı” vəsiqəsinin təqdim olunması qərara almışdır. 

Sonda əməkdaşlara “Əmək veteranı” vəsiqələri təqdim olundu. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı