İnstitut əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olunub İyul 05, 2018 | 09:48 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Development tendencies of programming languages” (Proqramlaşdırma dillərinin inkişaf tendensiyaları) adlı məqaləsi “Journal of Engineering and Technology (JET)” beynəlxalq elmi jurnalında dərc olunub.

Məqalədə proqram mühəndisliyi və onun əhatə etdiyi bilik sahələri haqqında məlumat verilib. Proqramlaşdırmanın inkişaf tendensiyaları və bu sahədə olan problemlər araşdırılıb. Proqramlaşdırma dillərinin müqayisəli təhlili aparılıb, üstünlükləri və çatışmazlıqları aydınlaşdırılıb. Müasir proqramlaşdırma dilləri və onların xarakterik xüsusiyyətləri analiz edilib və üstün cəhətləri qeyd edilib.  Proqramlaşdırma dillərinin son illəri əhatə edən reytinqi haqqında statistik məlumatlar diaqramlar vasitəsilə təqdim olunub.

Qeyd edək ki, Malayziya Texniki Universitetlər Şəbəkəsi tərəfindən nəşr olunan “Journal of Engineering and Technology” “Mexanika və İstehsalat Mühəndisliyi”, “Elektrik Mühəndisliyi”, “Kompüter elmləri və mühəndislik”, “Texnologiyanın idarəolunması”, “Mühəndislik riyaziyyatı” və digər istiqamətləri əhatə edir. Jurnal “DOAJ”, “Google Scholar”, “Malaysian Citation Index” və digər elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı