Süni intellekt beyin şişini həkimlərdən daha tez diaqnozlaşdırıb İyul 04, 2018 | 01:00 / Maraqlı məlumatlar

Pekin xəstəxanalarından birində hazırlanmış “BioMind” süni intellekti beyin şişinin müəyyənləşdirilməsində təcrübəli həkimləri üstələyib.

life.ru saytının məlumatına görə, rəqəmsal doktora və 15 aparıcı həkimə beyin şişinin olduğu ehtimal edilən 225 xəstənin kartoçkası təqdim edilib. Neyroşəbəkə xəstəliyi 83 faiz dəqiqliklə aşkarladığı halda, həkimlər bu vəzifənin öhdəsindən 63 faiz dəqiqliklə gəliblər. Bundan başqa, “BioMind” süni intellekti 225 tibbi kartoçkanın öyrənilməsinə 15 dəqiqə sərf edib, həkimlər isə diaqnozlaşdırma ilə təxminən 30 dəqiqə məşğul olublar.

Neyroşəbəkəyə xəstəliklərə diaqnoz qoymağı öyrətmək üçün ona Çin xəstəxanalarının arxivindən minlərlə kartoçka göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı