“Google” İnterneti olmayan istifadəçilər üçün yeni funksiya istifadəyə verib İyun 25, 2018 | 10:52 / Maraqlı məlumatlar

“Google” şirkəti “Chrome” android-brauzerinə yeni funksiya əlavə edib.

“Google” android mobil əməliyyat sistemi üçün olan “Chrome” brauzerinə yeni faydalı funksiya əlavə edib. Bu funksiya brauzer İnternetə qoşulduğu zaman kontenti, həmçinin məqalələri qurğuda saxlamağa imkan verəcək. Beləliklə, istifadəçi saxlanmış məzmunu offlayn oxuya biləcək.

hi-news.ru saytının məlumatına görə, isifadəçi öz hesabından istifadə edərək “Chrome”a daxil olduqda kontent qeyd olunan formada və istifadəçinin naviqasiya tarixçəsinə əsaslanaraq seçiləcək. Daha əvvəl yüklənmiş kontent istifadəçiyə uyğun zamanda, hətta İnternet bağlantısı olmasa belə, onun tərəfindən oxuna biləcək.

“Google” nümayəndələri qeyd edir ki, bu funksiya “növbəti milyard istifadəçi” bazarlarına (Next Billion Users) yönəldilmişdir və Hindistan, Nigeriya, İndoneziya və Braziliya bazarlarının daxil olduğu 100 bazarda istifadəçilərə əlçatan olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı