Robot-cərrah ilk dəfə insan gözünü əməliyyat edib İyun 21, 2018 | 12:30 / Maraqlı məlumatlar

2016-cı ildə Oksford Universitetində yeni avtomatlaşdırılmış “PRECEYES” sisteminin kliniki sınaqlarının hazırlığına başlanılıb. O, insanın gözündə əməliyyat aparmaq üçün nəzərdə tutulub. Ötən həftə yeni sistemin sınaqdan keçirilməsi haqqında ilk hesabat təqdim olunub. Robot həyata keçirdiyi 9 əməliyyatda heç bir səhvə yol verməyib.

techcult.ru saytının məlumatına görə, “PRECEYES” həkimin əmrlərinə tabe olan və bütün hərəkətləri yüksək dəqiqliklə yerinə yetirən avtomatlaşdırılmış “əldir. Burada, hətta birbaşa xarici təsir zamanı təsadüfi hərəkət riski istisna edilib. Belə ki, bıçaq heç vaxt elektron cərrahın əlində titrəməyəcək. Bundan başqa, robot bütün əməliyyat alətlərini praktik olaraq tətbiq edə bilir.

Sınaqların birinci mərhələsində pasiyentlərin üzərində 12 eyni əməliyyat (gözün torlu qişasının membranının bir hissəsinin çıxarılması) keçirilib. Əməliyyatların yarısı “PRECEYES” robotunun köməyilə keçirilib və adi əməliyyatlardan 3 dəfə daha yavaş, lakin əlavə kəsiklər olmadan aparılıb. İkinci mərhələdə robot 3 pasiyentdə qanaxmanı tamamilə aradan qaldırıb.

“İşin sürətinin aşağı olması cərrahların texnologiya ilə yaxından tanış olmamaları ilə bağlıdır. Lakin indi görünür ki, “PRECEYES” növbəti mürəkkəb sınağa – gözün torlu qişasının gen terapiyasına hazırdır. Həkimlər torlu qişanın yalnız aktiv olmayan hissəsini canlı hissədən fərqləndirməyi bacarırlar, robotun tətbiqi isə işçi maddəni birbaşa damara və ya neyrona yüksək dəqiqliklə daxil etməyə imkan verəcək”, – deyə layihənin rəhbəri Robert MakLaren bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı