Ölüm vaxtını proqnozlaşdıran neyron şəbəkə İyun 20, 2018 | 04:56 / Maraqlı məlumatlar

“Google” şirkəti tərəfindən dərin təlim alqoritmləri əsasında hazırlanmış yeni neyron şəbəkəsi pasiyentin tibbi göstəricilərinə əsaslanaraq ölüm vaxtını proqnozlaşdırmaq qabiliyyətinə malikdir.

lenta.ru saytının məlumatına görə, alqoritm, süd vəzi xərçəngindən əziyyət çəkən qadın daxil olmaqla, bir neçə yüz min xəstə üzərində sınaqdan keçirilib. Kompüterlər rentgenoloji müayinənin məlumatlarını təhlil edərək xəstənin ölüm ehtimalını 9,3% qiymətləndiriblər. Lakin 175639 parametri təhlil edən neyron şəbəkəsi bu göstəricini 19,9 faizədək yüksəldib. Həmin qadın 10 gün sonra dünyasını dəyişib.

Neyron şəbəkəsi yalnız ölüm vaxtını deyil, həm də xəstəliklərin başqa nəticələrini, həmçinin xəstəxanada qalma müddəti və yenidən xəstəxanaya yerləşdirilmə ehtimalını proqnozlaşdırır. Alqoritm PDF formatlı fayllardakı yazıları və köhnə tibbi kartları oxuya bilir, həmçinin həkimlərə öz vaxtlarına 80%-dək qənaət etməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı