Alimlər gözün süni buynuzlu qişasını əldə ediblər İyul 08, 2014 | 10:00 / Texnoloji yeniliklər

Amerika alimləri gözün buynuzlu qişasını əldə etməyə imkan verən yeni metod işləyiblər. cybersecurity.ru saytının məlumatına görə, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. 

Tədqiqatçılar bunun üçün izlənilməsi olduqca mürəkkəb olan hüceyrələrdən istifadə ediblər. Söhbət buynuzlu qişanın bərpasına cavabdeh olan limbal gövdə hüceyrələrindən gedir. Eksperiment zamanı mütəxəssislər regenerativ gövdə hüceyrələrini siçanlarda tətbiq ediblər. Nəticədə heyvanlarda gözün buynuzlu qişasının tam fəaliyyət göstərməsini bərpa etmək mümkün olub. 

Ekspertlərin qənaətincə, bu metod yanğın və ya kimyəvi maddələr nəticəsində zədələnmiş gözlərin buynuz qişasının bərpasına gələcəkdə kömək edə bilər. Göz xəstəlikləri və ya zədə nəticəsində yaranmış limbal gövdə hüceyrələrinin çatışmazlığı dünyada korluğun əsas səbəblərindəndir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı